103 Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması
103 №li "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu aparılır. Bura qeyri-maddi aktivin alış dəyəri, quraşdırlıması, hazır vəziyyətə gətirilməsi və qeyri-maddi aktiv ilə bağlı sair xərclər aiddir. Qeyri-maddi aktiv istismara hazır olduqda 103 saylı "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabında toplanan məbləğ 101 "Qeyri-maddi aktivlər-Dəyər" hesabının debetinə silinir.
103 №li "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabı üzrə aşağıdakı subhesablar açılır:
103-1 №li "Təcrübə-konstruktor işləri ilə bağlı məsrəflərin kapitallaşdırılması";
103-2 №li "Ticarət markaları ilə bağlı məsrəflərin kapitallaşdırılması";
103-3 №li "Proqram təminatı ilə bağlı məsrəflərin kapitallaşdırılması";
103-4 №li "Patentlərlə bağlı məsrəflərin kapitallaşdırılması";
103-5 №li "Müəllif hüquqları ilə bağlı məsrəflərin kapitallaşdırılması";
103-6 №li "Lisenziyalarla bağlı məsrəflərin kapitallaşdırılması";
103-7 "Digər qeyri-maddi aktivlər ilə bağlı məsrəflərin kapitallaşdırılması".
Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
Alınmış QMA-in dəyəri
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
10 000
2
QMA işlək vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər-əmək haqqı
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
1 000
3
QMA istismara verilməsi
101 "Qeyri-maddi aktivlərin dəyəri"
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"