e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

244 Təhtəlhesab məbləğlər

Gələcəkdə alınacaq mallar və ya göstəriləcək xidmətlərə görə, habelə ezamiyyə xərcləri üçün müəssisə tərəfindən təhtəlhesab şəxslərə verilmiş pul vəsaitləri 244-cü "Təhtəlhesab məbləğlər" adlı hesabda uçota alınır.

Müəssisənin işçilərinə təhtəlhesaba nağd pul vəsaitinin verilməsi qaydası müəssisənin uçot siyasətində nəzərdə tutulmuş kassa əməliyyatları qaydaları ilə nizamlanır.

Təhtəlhesaba verilmiş məbləğ 244 "Təhtəlhesab məbləğlər" hesabının debetinə, pul vəsaitlərini uçota alan hesabların (əsasən 221 "Kassa" hesabının) kreditinə yazılır. Təhtəlhesab şəxslər tərəfindən xərclənmiş məbləğlər isə 244 "Təhtəlhesab məbləğlər" hesabının kreditinə, məsrəfləri və əldə olunmuş qiymətliləri uçota alan, habelə xərclərin xarakterindən asılı olaraq digər hesabların debetinə yazılır.

Təhtəlhesab şəxslər tərəfindən vaxtında qaytarılmayan təhtəlhesab məbləğlər 244 "Təhtəlhesab məbləğlər" hesabının kreditində və 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" (əgər onlar işçinin əmək haqqından tutula bilərsə) və ya 217 "Digər qısamüddətli debitor borcları" (əgər bu məbləğlər işçinin əmək haqqından tutula bilməzsə) hesabının debetində əks etdirilir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların müxabirləşmələri aşağıdakı cədvəldə verilib

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Təhtəlhesab şəxsə kassadan pulun verilməsi 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 1 500
2 Təhtəlhesab şəxs tərəfindən materialların alınması 201 "Xammal və materiallar" 244 "Təhtəlhesab məbləğlər" 500
3 Təhtəlhesab şəxs tərəfindən təsərrüfat xərcləri ödənilib 731 "Sair əməliyyat xərcləri" 244 "Təhtəlhesab məbləğlər" 500
4 Təhtəlhesab şəxsdə artıq qalmış məbləğ kassaya qaytarılıb 221 "Kassa" 244 "Təhtəlhesab məbləğlər" 500
5 Təhtəlhesab şəxs tərəfindən artıq xərclənmiş məbləğin kompensasiya edilib 244 "Təhtəlhesab məbləğlər" 221 "Kassa" 500
6 Təhtəlhesab şəxsdə artıq qalan pul müəssisə hesabına silinir 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 244 "Təhtəlhesab məbləğlər" 500
7 Təhtəlhesab şəxsdə artıq qalan pul onun əmək haqqısından tutulur 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 244 "Təhtəlhesab məbləğlər" 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.