232 Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalarƏvvəllər ödənişə qədər saxlanılan investisiyalar kimi təsnifləşdirilən maliyyə investisiyaların ödəniş müddəti hesabat tarixindən sonra 12 ay ərzində olan dövrə daxil olduqda, belə investisiyalar 181-ci hesabdan (Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar) 232-ci hesaba (Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar) köçürülməlidirlər. 36 N-li "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" üzrə Milli Mühasibat Uçotu Standartına əsasən: Ödəniş müddətinə qədər saxlanılan investisiyalar, aşağıdakılar istisna olmaqla, müəssisənin ödəniş müddətinə qədər saxlamağa müsbət niyyəti və imkanı olan, sabit və ya müəyyənləşdirilə bilən ödənişli və sabit ödəmə müddətinə malik qeyri-törəmə maliyyə aktivləridir:
232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" hesabının debeti və pul hesablarının krediti üzrə qiymətli kağızların alışı əks olunur. 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar" hesabının krediti və pul hesablarının debeti üzrə qiymətli kağızlardan əldə edilən faiz gəlirləri və qiymətli kağızların satışı əks olunur. Misal. Müəssisə 1000 manat dəyəri 1 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İlin sonunda istiqraz sahiblərinə faizlər ödənilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.