e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

406 Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər

Maliyyə icarəsi nəticəsində yaranan bütün uzunmüddətli öhdəliklər 14 N-li "İcarə" Milli Mühasibat Uçotu Standartına əsasən "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" adlı 406-cı hesabda göstərilir.

Maliyyə icarəsi – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Müəssisəyə maliyyə icarəsi əsaslarında daxil olmuş torpaq, tikili və avadanlıqlar 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" hesabın kreditində və 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" hesabının debetində əks etdirilir.

Maliyyə icarəsi əsasında alınmış torpaq, tikili və avadanlıqlara görə icarə haqqları cari hesabat dövrünün xərclərinə aid edilməklə 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" hesabının kreditində və 751-3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" hesabının debetində əks etdirilir. İcarə haqqlarının ödənilməsi 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" hesabının debetində və pul hesablarının kreditində uçota alınır. Gələcək illərin icarə haqqları 191 "Gələcək dövrlərin xərcləri" hesabının debetində və 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" hesabının kreditində uçota alınır.

Misal. Müəssisə 5 il müddətinə maliyyə icarəsi ilə 150 000 manat dəyərində avadanlıq alıb. İllik icarə haqqı 30 000 manat təşkil edir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Avadanlığın maliyyə icarəsi ilə alınması 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər" 150 000
2 İllik icarə haqqı hesablanır. 751-3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" 30 000
3 Gələcək illərin icarə haqqısı uçota alınır. 191 "Gələcək dövrlərin xərcləri" 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" 120 000
4 İcarə haqqının ödənilməsi. 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 30 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.