e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

536 Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları

Tikinti müqaviləsinə əsasən təchiz olunmuş mallara və ya xidmətlərin göstərilməsinə görə podratçılara hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan məbləğlər 16 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" adlı 536 nömrəli hesabda göstərilir.

Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya layihəsi, texnologiyası və funksiyası, habelə təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir.

536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir.

536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur.

Misal. Müəssisə yeni anbar binasının inşası üçün tikinti-quraşdrıma işləri ilə məşğul olan bir müəssisəyə müraciət etmişdir. Müqaviləyə əsasən tikinti-quraşdırma işləri podryatçı şirkət tərəfindən 1 il ərzində aparılacaq. 1 ildən sonra yekun məbləğ ödəniləcək. 12 ay ərzində tikinti işlərinin məbləği 35 400 manat (ƏDV daxil) olub.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Anbar binasının inşası 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" 30 000
2 Anbar binasının inşası - ƏDV. 241 "Əvəzləşdirilən ƏDV" 536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" 5 400
3 Tikinti-quraşdırma işlərinə görə ödəniş. 536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 30 000
4 Tikinti-quraşdırma işlərinə görə ödəniş - ƏDV. 536 "Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 5 400


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.