e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

444 Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

Hesabat tarixindən sonra 12 aydan artıq əhatə edən müddət ərzində Torpaq, tikili və avadanlıqların alınmasını proqnozlaşdırmaq üçün əldə olunan maliyyə vəsaitlər "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" adlı 444 nömrəli hesabda uçota alınmalıdır. Belə maliyyələşmələrə və daxilolmalara əvəzsiz alınmış grant məbləğləri, dövlət tərəfindən verilmiş subsidiyalar aiddir.

Bu və ya digər tədbirlərin maliyyələşdirilməsi mənbəyi kimi alınmış məqsədli vəsaitlər 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının kreditində və pul vəsaitlərini, aktivləri uçota alan hesabların debetində əks etdirilir.

444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" hesabının debetinə müvafiq hesabların kreditindən bu və ya digər tədbirlərə sərf edilmiş məbləğlər silinir.

Misal. Müəssisə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, və yeni istiqamətin inkişafı üçün dövlət tərəfindən 60 000 manat dəyərində subsidiya almışdır. Subsidiya 3 il müddətində müqavilədə qeyd edilən plan ilə sərf olunmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Subsidiyanın alınması 223 "Bank hesablaşma hesabları" 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 60 000
2 Subsidiyanın istifadəsi 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 223 "Bank hesablaşma hesabları" 10 000
3 Subsidiyanın istifadəsi 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 10 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.