534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borclarıElan olunmuş, lakin hələ ödənilməmiş dividendlər "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" adlı 534 nömrəli hesabda göstərilir. Dividend — hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Dividendlərin hesablanması 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" hesabının kreditində və 344 "Elan edilmiş dividentlər" hesabının debetində əks olunur. Hesablanmış dividendlərin ödənilməsi 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" hesabının debetində və pul hesablarının kreditində əks olunur. Ödənilən dividendlərdən ödəmə mənbəyindən verginin tutulması 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları" hesabının debetində və 521 "Vergi öhdəlikləri" hesabının kreditində əks olunur.
Misal.
Hesabat ilinin sonunda vergilərdən sonra müəssisənin sərəncamında 50 000 manat bölüşdürülməmiş mənfəət qalmışdır. Təsisçilərin illik iclasında qərara alınmışdır ki bu bölüşdürülməmiş mənfəət səhmdarlar arasında dividend kimi ödənilsin.
Vergi uçotu AR Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10 maddələrinə əsasən AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.