e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

241 Əvəzləşdirilən ƏDV

Müəssisə tərəfindən ödənilmiş əlavə dəyər vergisi "Əvəzləşdirilən əlavə dəyər vergisi" adlı hesablar planının 241-ci hesabında uçota alınır.

241 "Əvəzləşdirilən ƏDV" hesabının debeti üzrə əldə edilmiş material ehtiyatları, azqiymətli və tezköhnələn əşyalar, qeyri-maddi aktivlər və əsas vəsaitlərə görə müəssisə tərəfindən ödənilmiş (ödəniləcək) vergi məbləği hesablaşma və ya pul vəsaitlərinin uçota alan hesablarla müxabirələşdirilərək əks etdirilir.

241 "Əvəzləşdirilən ƏDV" hesabında toplanmış əlavə dəyər vergisinin silinməsi qaydası qanunverici və digər normativ aktlarla tənzimlənir. Mühasibat uçotunda bu əməliyyat 241 "Əvəzləşdirilən ƏDV" hesabının kreditində, bir qayda olaraq 521-2 "Vergi öhdəlikləri-ƏDV" hesabı ilə müxabirələşdirilərək əks etdirilir. Misal. Müəssisə malgöndərəndən 29 500 AZN (ƏDV daxil) xammal və material almışdır. Alınmış materiallara görə müəssisə həmin ayda malgöndərənə ödəniş etmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xammal və materialların alışı 201 "Xammal və materiallar" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 25 000
2 Alınmış xammal və materialların ƏDV-si 241 "Əvəzləşdirilən ƏDV" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 4 500
3 Müəssisənin alınnış xammal və materiallara görə ödənişi-əsas məbləğ 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 25 000
4 Müəssisənin alınnış xammal və materiallara görə ödənişi-ƏDV 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 226 "ƏDV sub-uçot hesabı" 4 500
5 Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi 521-2 "Vergi öhdəlikləri-ƏDV" 241 "Əvəzləşdirilən ƏDV" 4 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.