741 Fəaliyyətin dayandırılmasından zərərlərBəzi iri müəssisələr, xoldinqlər müxtəlif istehsal, ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Maliyyə hesabatları hazırlanan zaman bu cür müəssisələrin fəaliyyəti seqmentlər üzrə bölünür. Seqmentlər üzrə də ayrı maliyyə hesabatları hazırlamaq olar. Bu cür rəhbərlik müxtəlif sahələrin (seqmentlərin) fəaliyyətini qiymətləndirə bilər. Misal üçün, xolding avtomobil satışı, un istehsalı, qida məhsullarının satışı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğuldur. Bunlar hamısı ayrı-ayrı seqmentlərdir. Müəssisə rəhbərliyi müəssisənin bəzi seqmentlərini onların maliyyə nəticələri qənaətbəxş olmadıqda, və ya başqa bir səbəbə görə dayandırmaq və ya satmaq üçün qərar gəbul edə bilərlər. 23 N-li "Satiş üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlərin uçotu və dayandirilmiş əməliyyatlar üzrə" milli mühasibat uçotu standartına əsasən "Mənfəət və zərər hаqqındа hеsаbаt"-da fəaliyyəti dayandırılan sahələr (seqmentlər) üzrə mənffət və ya zərər ayrı göstərilməlidir. Bu ona görədir ki, davam edən və dayandırılan fəaliyyətlərin maliyyə nəticələri ayrı-ayrılıqda göstərildikdə, mənfəət və zərər haqqında hesabat müəssisənin fəaliyyətini qiymətləndirmək üçün daha faydalı ola bilər. Müəssisənin əməliyyatlarının bir hissəsini satdığı və bu zaman zərər çəkdiyi halda, həmin zərər məbləği "Fəaliyyətin dayandırılmasından zərərlər" adlı 741 nömrəli hesabın kreditində göstərilir. Müəssisənin fəaliyyətinin bir hissəsinin satılması ilə bağlı müəyyən olunan zərərlər "Fəaliyyətin dayandırılmasından mənfəətlər" adlı 621 nömrəli hesabın kreditində göstərilir. Misal. Xoldinq ona məxsus avtomobil satışı, elektronika mallarının satışı, qida məhsullarının satışı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğuldur. Cari hesabat dövründə xoldinq rəhbərliyi elektronika mallarının satışı ilə məşğul olan seqmenti, zərərlə işlədiyi üçün, bağlamaq fikrinə gəlir. Bu zaman, bu sahədə hesablanan bütün gəlir və xərclər aşağıdakı kimi müxabirləşəcək
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.