522 Sosial sığorta və təminat üzrə öhdəliklər"Sosial sığorta və təminat üzrə öhdəliklər" adlı 522 nömrəli hesabda Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirilməli olan məcburi sığorta ödənişləri üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir. Sosial sığorta ayırmaları "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hesablanır. Hesablanmış dovlət sosial sığorta üzrə öhdəliklər 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" hesabının krediti və müvafiq hesabların debeti üzrə əks olunur. Müvafiq hesablar sosial sığortaya öhdəliyinin kim tərəfindən ödənildiyindən asılıdır. Əgər sosial sığorta üzrə öhdəlik müəssisə tərəfindən əmək haqqı fondundan ödənilən 22%-dirsə, bu zaman, debet üzrə müəssisənin xərclər hesabı olacaq. Əgər işçilərin əmək haqqından tutulan 3%-dirsə, bu zaman, debet üzrə 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" hesabı olacaq. 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" hesabının debetində hesablanmış ayırma məbləğlərinin köçürülməsi, həmçinin ayırmalar hesabına dövlət sosial sığorta və pensiya təminatına ödənilən məbləğlər əks etdirili r. Misal. Müəssisə cari ayda işçilərinə 15 000 manat əmək haqqı hesablayıb və hesablanmış əmək haqqlarından 3475 manat fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən vergi və 450 manat dövlət sosial sığorta fonduna tutub. Eyni zamanda, müəssisəyə əmək haqqı fonduna hesablanan 3 300 manatı dövlət sosial səğorta fonduna öhdəlik hesablanıb.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.