e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

342 Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər

Müəssisə uçot siyasətini dəyişdikdə, 11 N-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq yeni uçot siyasəti retrospektiv şəkildə tətbiq edilməlidir. Bu zaman müəssisənin yeni uçot siyasətinin tətbiqi nəticəsində hesabat dövrünün mənfəət və ya zərərinə edilməsi tələb olunan bütün dəyişikliklər Uçot siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər adlı 342-cü hesabda əks edilməlidir.

Misal. Müəssisə hesabat ilinin əvvəlindən yeni uçot siyasətinin tətbiqinə başlayıb, və avadanlıqlar qrupuna aid olan obyektlərinin amortizasiyasını azalan qalıq metodundan düz xətt metodu ilə aparmağa başlayıb. Yeni uçot siyasətinə keçirilən zaman, müəyyən edilib ki, keçən illərdə hesablanan amortizasiya ayırmaları 20 000 manat azalmalıdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Uçot siyasətində olan dəyişikliklərə görə keçmiş illərin amortizasiya ayırmaları azaldılır 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 342 "Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər" 20 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.