e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

442 Gələcək hesabat dövrlərin gəlirləri

Müəyyən şərtlər daxilində müəssisələr, gələcək hesabat dövrünün hesabat tarixindən sonrakı dövrlərə aid edilən, lakin cari dövrdə əldə olunmuş gəlirləri (məsələn, faizlər) uçotda əks etdirə bilər. Bu cür gəlirlər 6 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Gələcək hesabat dövrlərin gəlirləri" adlı 442 nömrəli hesabda uzunmüddətli öhdəlik kimi göstərilməli və aid olduğu gələcək dövrdə (dövrlərdə) mənfəət və zərər haqqında hesabatda təqdim edilməlidir.

442 "Gələcək hesabat dövrlərin gəlirləri" hesabında hesabat dövründə alınan, lakin gələcək hesabat dövrlərinə aid olan gəlirlərin hərəkəti uçota alınır. Bu cür gəlirlər icarə, yaxud mənzil haqqı, kommunal xidmətlərinə görə haqq, yük daşınmasına, aylıq və rüblük biletlər üzrə sərnişin daşınmasına görə daxil olmuş pullar, rabitə vasitələrindən istifadə etmək üçün abonement haqqlarıdır.

442 "Gələcək hesabat dövrlərin gəlirləri" hesabının kreditində pul vəsaitlərini, yaxud sair debitor və kreditorlarla hesablaşmaları uçota alan hesablarla müxabirələşdirilməklə, gələcək hesabat dövrünə aid edilən gəlir məbləğləri, debetində isə gəlirin aid olduğu hesabat dövrü başlayanda müvafiq hesablara köçürülən gəlir məbləğləri əks etdirilir.

Misal. Müəssisə müştərilərinə internet və IP TV xidmətləri göstərir. Abunəçi ilin əvvəlində bu xidmətlərə abunə olub və müəssisəyə 2 il qabaq 360 manat abunə haqqı ödəyib.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Abunə haqqının daxil olması və cari ilin gəliri kimi tanınması 223 "Bank hesablaşma hesabları" 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 180
2 Abunə haqqının daxil olması və gələcək ilin gəliri kimi tanınması 223 "Bank hesablaşma hesabları" 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 180


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.