432 Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borclarıTəchiz olunmuş mallara və xidmətlərə görə törəmə müəssisələrə hesabat tarixindən sonra 12 aydan artıq dövrü əhatə edən müddət ərzində ödənilməli olan məbləğlər 20 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" adlı 432 nömrəli hesabda uçota alınmalıdır. 432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir. 432 "Törəmə(asılı) müəssisələrə uzunmüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur. Misal. Müəssisə öz törəmə müəssisəsindən 29 500 manatlıq (ƏDV daxil) reklam xidməti gəbul edib. Xidmət haqqı bağlanmış müqaviləyə əsasən 2 il ərzində törəmə müəssisəyə ödəniləcək.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.