151 Asılı müəssisələrə investisiyalarHesablar planının 151-ci hesabı asılı müəssisələrə investisiyaların uçotu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulur. İnvestisiyaların asılı müəssisələrə investisiyalara aid edilməsi və onların tərkibi 20 N-li "Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu" Milli Mühasibat Uçotu Standartında öz əksini tapıb. İştirak payı metodu investisiyanın əvvəlcə ilkin dəyəri ilə tanındığı və daha sonra investorun investisiya obyektinin xalis aktivlərindəki payında alışdan sonrakı dəyişikliklər üzrə düzəlişlərin edildiyi mühasibat uçotu metodudur. İnvestorun mənfəət və zərər haqqında hesabatında onun investisiya obyektinin mənfəət və ya zərərindəki payı əks etdirilir. İnvestorun investisiya obyektinin mənfəət və ya zərərindəki payı investorun mənfəət və ya zərərində tanınır. Asılı təsərrüfat cəmiyyəti, ortaqlıq kimi səhmdar cəmiyyəti olmayan müəssisələr daxil olmaqla, investorun əhəmiyyətli təsirə malik olduğu, lakin onun nə törəmə, nə də birgə müəssisəsi olmayan müəssisədir. Əhəmiyyətli təsir müəssisənin maliyyə və əməliyyat siyasəti ilə bağlı qərarların verilməsində iştirak etmək səlahiyyətidir, lakin həmin siyasət üzərində nəzarəti və ya birgə nəzarəti təmin etmir. Əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 və ya daha çox faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olduğu hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 və ya daha çox faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmamaq mümkündür. Digər tərəfdən, əgər investor, birbaşa və ya dolayı olaraq (məsələn, törəmə müəssisələri vasitəsilə), investisiya obyektinin səsvermə hüququ verən səhmlərinin 20 faizindən az faizinə sahib olarsa, onun əhəmiyyətli təsirə malik olmadığı hesab olunur. Lakin buna baxmayaraq, səhmlərin 20 faizindən az faizinə sahib olmaqla yanaşı əhəmiyyətli təsirə malik olmaq mümkündür. İnvestorun əhəmiyyətli təsirə malik olması adətən aşağıdakılardan birinin və ya bir neçəsinin mövcud olması ilə təsdiq olunur:
B şirkəti 2017-ci ilin hesabatlarında vergiqoymadan sonrakı mənfəətinin 400 000 manat olduğunu göstərmişdir. Bu məbləğdən 100 000 manat divident kimi payçılar arasında bölüşdürülmüşdür. A şirkətinə 40 000 manat divident verilmişdir. İndi isə bu əməliyyatlara əsasən müxabirləşmələr edək
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.