152 Birgə müəssisələrə investisiyalarHesablar planının 152-ci hesabı birgə müəssisələrə investisiyaların uçotu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulur. İnvestisiyaların asılı müəssisələrə investisiyalara aid edilməsi və onların tərkibi 21 N-li "Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə" Milli Mühasibat Uçotu Standartında öz əksini tapıb. Birgə fəaliyyət elə müqaviləli razılaşmadır ki, onun vasitəsilə iki və ya daha çox tərəf birgə nəzarət edilən iqtisadi fəaliyyəti həyata kiçirir. Birgə nəzarət iqtisadi fəaliyyət üzərində nəzarətin müqavilə ilə razılaşdırılmış formada bölüşdürülməsidir və belə nəzarət yalnız həmin fəaliyyət üzrə strateji maliyyə və əməliyyat qərarlarının qəbul edilməsində birgə nəzarəti aralarında bölüşdürən tərəflərin (sahibkarların) yekdil razılığının tələb edildiyi halda mövcud olur. Birgə müəssisəyə sərmayə qoyan investor birgə müəssisəyə aid tərəflərdən biridir və həmin birgə müəssisə üzərində birgə nəzarətə malik deyildir. 152 "Birgə müəssisələrə investisiyalar" hesabının debeti üzrə birgə müəssisələrə investisiyalar və bu investisiyalardan alınan mənfəətlərin(zərərlərin) uçotu aparılır. Misal. Müəssisə başqa bir müəssisə ilə birgə fəaliyyət haqqında müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən hər iki müəssisə bu birgə fəliyyət ilə bağlı yeni yaradılan müəsisəyə 150 000 manat sərmaye qoyublar. İlin sonunda birgə fəaliyyət iə bağlı müəssisə 20 000 manat mənfəət əldə edilib, və bu mənfəət hər iki müəssisə arasında müqavilə şərtlərinə görə yarı bölünüb.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.