203 Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləriHesablar Planının 203-cü hesabı tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyərini əks etdirir. Tikinti müqaviləsi – ayrı-ayrı obyektlərin tikintisi üçün və ya layihəsi, texnologiyası və funksiyası, habelə təyinatı və ya istifadəsi baxımından bir-biri ilə sıx əlaqəli və ya bir-birindən asılı olan obyektlər kompleksinin tikintisi üçün bağlanmış müqavilədir. 01.01.2018 tarixinə kimi Tkinti müqavilələri üzrə gəlirlərin tanınması "Tikinti muqavilələri. İAS11" Mühasibat Uçotunun Beynəlxalq Standartı ilə tənzimlənirdi. 01.01.2018 tarixindən tikinti müqavilələri üzrə gəlirlər "Müştərilərlə müqavilələr üzrə gəlirlər. IFRS 15" Maliyyə Hesabatlarının Beynəlxalq Standartı əsasında tanınır. Podratçı müəssisə tikinti obyekti ilə bağlı olan bütün xərcləri 203 "Tikinti müqavilələri üzrə məsrəflər" hesabında uçota alır. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:
Bundan başqa, 203-cü hesabın subhesabları üzrə hər tikinti müqaviləsi və ya tikinti obyekti üzrə ayrı subhesab yaradılır. Misal üçün:
203-cü hesabın qalığı tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinin dəyərini əks etdirir. Tikinti müqavilələrinə əsasən təşkilat tərəfindən görülmüş iş və göstərilmiş xidmətlərlə bağlı məsrəflər 203 "Tikinti müqavilələri bitməmiş tikinti işləri" hesabın debeti və 201 "Xammal və materiallar", 207 "Digər ehtiyatlar", 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları", 535 "İcarə üzrə qısamüddətli kreditor borcları", 536 "Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları", 533 " İşçi heyətinə qısamüddətli kreditor borcları", 538 "Digər qısamüddətli kreditor borcları" hesabların və 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər" hesabların kreditində uçota alınır. Tikinti işləri baş podratçıya təhvil verildikdən sonra 203-cü hesabda yığılan məbləğ 701-2 "Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri" hesabına silinir. Bu hesabda da müvafiq müqavilələr və ya tikinti obyektləri üzrə subhesablar açıla bilər:
Misal.
Müəssisə sifarişçi üçün anbar binasının inşası ilə bağlı tikinti müqaviləsi imzalayıb. Müqaviləyə əsasən binanın tikinti işlərinin qiyməti 150 000 manat təşkil edir. Anbar binasının inşasının smeta dəyəri 120 000 manat təşkil edir. Bina 1 il müddətində inşa edilməlidir. İl ərzində binanın inşası üçün aşağıdakı xərclər edilmişdir:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-04-12 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.