631 N-li "Maliyyə gəlirləri" hesabı mal, iş və xidmət satışına aid olmayan, faizlər, dividendlər, mükafatlar və digər maliyyyə vasitələrindən əldə edilən gəlirlərin uçotu üçün nəzərdə tutulmuşdur. Maliyyə gəlirləri hesabına aşağıdakı sub-hesablar açıla bilər:
631-1 Faiz gəliri
631-2 Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri
631-3 Maliyyə iсarəsi üzrə gəlir
631-4 Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
631-5 Digər maliyyə gəlirləri
Hesablanmış maliyyə gəlirləri 631 N-li "Maliyyə gəlirləri" hesabın krediti üzrə və müvafiq hesabların debeti əks etdirilir.
Hesabat dövrünün sonunda 631 N-li "Maliyyə gəlirləri" hesabında yığılmış məbləğlər 801 N-li "Ümumi mənfəət (zərər)" hesaba silinir.
Misal.Müəssisə 10 ədəd, ədədi 1000$ məbləğində, illik faiz dərəcəsi 5% olan 5 illik istiqraz alıb.
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
10 ədəd 5 illik 5%-li 1000$-lıq istiqrazların alınması. USD/AZN məzənnəsi - 1.65 (10*1000*1.65)
181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar"
223 "Bank hesablaşma hesabları"
16 500
2
İstiqrazlar üzrə illik faiz gəlirləri əks etdirilir USD/AZN məzənnəsi - 1.75 (10 000*5%*1.75)