761 Fövqəladə xərclərFövqəladə hadisə və hallar zamanı (yanğın, istehsalatda qəza, təbii fəlakət və s.) aşağıdakı fövqəladə xərclər yarana bilər:
Fövqəladə xərclərin uçotu Hesablar Planının 76-cı maddəsində əks etdirilir. Bu maddədə fövqəladə hadisə və əməliyyatların nəticələrinə əsasən yaranmış fövqəladə xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 761 №li "Fövqəladə xərclər" hesabı açılır. Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən çəkilmiş fövqəladə xərclər tanınma meyarlarına uyğun olaraq 761 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Fövqəladə xərclər üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 761 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.
Misal.
Müəssisənin anbarında yanğın baş vermişdir. Yanğın zamanı anbarda olan 4 000 AZN məbləğində hazır məhsula və anbara çiddi zərər dəymişdir. Anbarın təmiri ilə bağlı 1 000 AZN məbləğində xərc çəkilmişdir. Əməliyyatlar üzə müxabirləşmələr aşağıda göstərilmişdir
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.