e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

501 Qısamüddətli bank kreditləri

501 "Qısamüddətli bank kreditləri" hesabında müəssisənin ölkə ərazisindəki və xarici banklardan milli və xarici valyuta ilə aldığı qısaddətli (12 ay ərzində ödənilməli olan) kreditlərin vəziyyəti haqqında məlumatları ümumilşdirmək üçün nəzərdə tutulmuşdur.

Alınmış qısamüddətli bank kreditlərinin məbləğləri 501 "Qısamüddətli bank kreditləri" hesabının kreditinə və 223 "Bank hesablaşma hesabları", 224 "Digər tələbli bank hesabları" hesablarının debetinə yazılmaqla əks etdirilir.

Bank kreditlərinin ödənilmiş məbləğləri, pul vəsaitlərini uçota alan hesablarla müxabirələşdirilməklə, 501 "Qısamüddətli bank kreditləri" hesabının debetində yazılır.

Alınmış kreditlər üzrə faizlər ayrı hesabda uçota alınır: 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları". 13 N-li "Borclara aid edilən xərclər" Milli Mühasibat Uçotu Standartına əsasən bank kreditlərinə görə faizlər ya yarandığı dövrlərin xərcləri kimi tanınmalıdır, və ya aktivin ilkin dəyərinin bir hissəsi kimi kapitallaşdırılmalıdır.

Qısamüddətli bank kreditləri üzrə analitik uçot kreditlərin növü, onları verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır.

Misal. Müəssisə bankdan 1 il müddətinə illik faiz dərəcəsi 25% olan 150 000 manatlıq qısamüddətli kredit götürüb.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Kredit məbləğinin müəssisənin bank hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 501 "Qısamüddətli bank kreditləri" 150 000
2 Kreditə görə faiz xərcləri hesablanır 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 33 290


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.