514 Mənfəətdə iştirak planı və müavinət planları514 "Mənfəətdə iştirak planı və müavinət planları" hesabı müəssisənin işçilərinə verdiyi mükafat və mənfəətdən əlavə ödənişlərə görə qısamüddətli (12 aydan az) öhdəliklərini uçota almaq üçün nəzərdə tutulur. Müəssisə öz işçilərinə hər hesabat ilin sonunda göstərdikləri nəticələrə görə mükafatlar və premiya sistemi tətbiq edə bilər. Eyni zamanda, müəssisə hesabat ilinin sonuna öz işçilərinə qazandığı illik mənfəətindən bir hissəsini əlavə ödəniş kimi verə bilər. Mənfəətdə iştirak planı işçilərə hesablanan qısamüddətli mükafatdır. Mənfəətdə iştirak planına görə əlavə ödənişlər hesabat ilinin sonuna müəssisədə 12 ay ərzində işləmiş işçilərə şamil edilir. Mükafatlar və mənfəətdə iştirak üzrə öhdəliklər cari hesabat ilində tanınmalıdır. Bunun üçün hesabat ilində mükafatlar və mənfəətdə iştirak payı üzrə müvafiq ehtiyat fondu yaradılır. 514 "Mənfəətdə iştirak planı və müavinət planları" hesabının krediti və 731 "Sair əməliyyat xərcləri" hesabının debeti üzrə mükafat və mənfəətdə iştirak üzrə cari hesabat ili üçün ehtiyatlar yaradılır. İşçilərə mükafatlər və əlavə ödənişlər hesablanan zaman 514 "Mənfəətdə iştirak planı və müavinət planları" hesabının debeti və 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" hesabının krediti üzrə müxabirləşmə aparılır. Misal. Müəssisə mənfəətdə iştirak planına görə hər hesabat ilinin sonunda qazandığı mənfəətin 20% işçilərə əlavə ödəniş kimi ödəməlidir. Heabat ilinin sonunda müəssisənin təmiz mənfəəti 100 000 manat planlaşdırılmışır, lakin 50 000 manat olmuşdur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.