231 Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalarHesabat tarixindən sonra 12 ay ərzində satılması gözlənilən qısamüddətli maliyyə aktivləri "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar" adlı 231–ci hesabda uçota alınmalıdır. 36 N-li "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" üzrə Milli Mühasibat Uçotu Standartına əsasən: İlkin tanınmadan sonra maliyyə aktivinin qiymətləndirilməsi məqsədilə bu Standart maliyyə aktivlərini aşağıdakı dörd kateqoriya üzrə təsnifləşdirir.
Başqa sözlə, əgər investisiyanı tez bir zamanda satmaq mümkündürsə, və müəssisə onu 1 ildən artıq saxlamayacaqsa, o "Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar" kateqoriyasına aid edilir. Bu cür investisiyalar bir ildən artıq saxlanılacaqsa, bu uzunmüddətli investisiyalar kimi təsniflənsdiriləcək və 183 "Digər uzunmüddətli investisiyalar" hesabında uçota alınacaq. "Satış məqsədi ilə saxlanılan" kateqoriyaya aid aktivlər ədalətli dəyər ilə yenidənqiymətləndirilirlər. Lakin, "Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə aktivlərindən" fərqli olaraq yenidənqiymətləndirmənin nəticəsi müəssisə balansında əks olunur. Başqa sözlə desək, "Satış məqsədi ilə saxlanılan" aktivlərdə yenidənqiymətləndirmənin nəticəsi 331 " Yenidən qiymətləndirilmə üzrə ehtiyat" hesabında əks olunur. Bu cür aktivlərin xaric olması nəticəsində, müəssisənin kapitalında olan dəyişikliklər hesabatında əks olunan yığılan yenidənqiymətləndirmə nəticələri mənfəət və zərər haqqında hesabatda toplanır. Bu aktivlər üzrə dəyərdəndüşmə əlamətləri olduqda yığılmış mənfi yenidənqiymətləndirmə məbləği mənfəə və zərər haqqında hesabatda əks olunur. Misal. A müəssisəsi B müəssisəsinin 50 000 manata 5 000 ədəd səhmini alır (hər səhmə görə 10 manat). Bu B müəssisəsinin ümumi səhmlərinin 5% təşkil edir, və A müəssisəsinin B müəssisəsi üzərində heç bir təsiri olmadığı deməkdir (asılı və ya törəmə). Səhmlər gələcəkdə satmaq məqsədi ilə alınmışdır. A müəssisəsinin rəhbərliyi qısa müddət ərzində səhmlərin qiymətlərinin bazarda artmağını gözləyir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.