e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

502 İşçilər üçün qısamüddətli bank kreditləri

502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabı müəssisənin işçilərinə borc vermək, həmçinin kreditə (nisyə) satılmış mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər üçün müəssisənin aldığı qısamüddətli (12 aydan az) bank kreditlərinin vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Müəssisənin işçilərinə kreditə (nisyə) satılmış mallara görə hesablaşma sənədləri bank tərəfindən ödənildikdə 502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabının kreditinə, 213 "İşçi heyətinin qısamüddətli debitor borcları" hesabının debetinə yazılış edilir.

Kredit götürən işçilərdən alınan ödənişlər 213 "İşçi heyətinin qısamüddətli debitor borcları" hesabının kreditində və, borcun ödənilməsi qaydasından asılı olaraq, 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və ya 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" hesabların debetində əks etdirilir.

502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabının analitik uçotu kreditlərin növü, onları verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır.

Misal. Müəssisədə çalışan bir qrup işçi elektronika malları satan mağazadan kreditə 24 000 manatlıq elektronika malları almışdır. Kredit müqaviləsinə əsasən müəssisə kredit məbləğini 6 aya ödəyəcəkdir, və işçilər aldıqları aylıq əmək haqqlarından bu kreditin məbləğini 1 il ərzində hissə-hissə müəssisəyə ödəyəcəklər

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Müəssisənin işçiləri tərəfindən elektronika malları kreditə alınmışdır 213 "İşçi heyyətinin qısamüddətli debitor borcları" 502 "İşçilər üçün qısanmüddətli bank kreditləri" 24 000
2 Kreditə alınmış elektronika mallarına görə işçilərin aylıq əmək haqqlarından tutulma 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" 1 000
3 Bank kreditinin müəssisə tərəfindən 6 aya ödənilməsi (1-ci ay) 502 "İşçilər üçün qısamüddətli bank kreditləri" 223 "Bank hesablaşma hesabları" 4 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.