141 Təbii sərvətlər - Dəyər141 "Təbii sərvətlər- Dəyər" hesabında müəssisənin hasil etdiyi minerallar, kömür, neft, təbii qaz və sair analoji bərpaolunmayan təbii sərvətlərin kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı məsrəflər uçota alınır. Bu hesab təbii sərvətlərin hasilatı ilə məşğul olan müəssisələr tərəfindən istifadə edilir. Təbii sərvətlərin uçotu və tanınma qaydası Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi. IFRS 6-da qeyd edilmişdir. Tanınma zamanı kəşfiyyat və qiymətləndirmə aktivləri(məsrəflər) ilkin dəyəri ilə qiymətləndirilməlidir. Aşağdakılar kəşfiyyat və qiymətləndirmə aktivlərinin ilkin ölçülməsinə daxil edilə biləcək xərclərə misaldır (lakin bunlarla məhdudlaşmır):
Unutmamalıyıq ki, təbii ehtiyat yataqlarının işlənməsi ilə əlaqədar xərclər kəşfiyyat və qiymətləndirmə aktivləri kimi tanınmır. Tanınmadan sonra müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərinə ya ilkin dəyər modelini, ya da yenidən qiymətləndirmə modelini tətbiq etməlidir. Müəssisə, kəşfiyyat və qiymətləndirmə aktivlərini əldə olunmuş aktivlərin təbiətinə uyğun olaraq maddi və ya qeyri-maddi aktivlər kimi təsnifləşdirməli və bu təsnifatı bərabər şəkildə tətbiq etməlidir. Kəşfiyyat və qiymətləndirmə aktivlərinin bəziləri qeyri-maddi aktivlər kimi (misal üçün, qazma işləri aparma hüquqları), digərləri isə maddi aktivlər kimi (məsələn, nəqliyyat vasitələri və buruqlar) uçota alınır. Misal. Müəssisə neft-qaz yataqlarının kəşfiyyatı və hasılatı ilə məşğuldur. Dövlət orqanlarından aldığı
icazəyə görə A və B sahələrində neft-qaz kəşfiyyat işləri ilə məşğul olabilər. Müəssisə iki sahəyə xüsusi maşınlar və avadanlıqlar, mütəxəssislər cəlb edir, qazma, topoqrafik, geoloji, geokimyəvi və geofiziki araşdırmalar aparır, burğulama və qazma işləri aparır. Və sonda, bu iki sahədən təbii ehtiyatların çıxarılmasının texniki baxımdan mümkünlüyünün və kommersiya baxımından sərfəliliyinin qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərdən rəy alır. Nəticədə, A sahəsində neftin çıxarılması texniki baxımdan mümkün və sərfəli olduğu müəyyən edilir, b sahəsindən isə texniki çəhətdən mümükün olmadığı müəyyən edilir. Bu əməliyyatları müxabirləşmələrdə göstərək:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-14 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.