543 Alınmış qısamüddətli avanslar543 "Alınmış qısamüddətli avanslar" hesabı göndərilmiş material qiymətliləri və ya yerinə yetirilmiş işlərə görə alınmış avanslar, həmçinin sifarişçilər üçün yerinə yetirilmiş qismən hazır iş və məhsulların ödənişi üzrə qısamüddətli (12 aydan az) hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Alınmış qısamüddətli avansların, habelə qismən hazır məhsul və yerinə yetirilmiş işlər üzrə daxil olmuş ödənişlərin məbləği pul vəsaitlərini uçota alan hesabların debetində və 543 "Alınmış qısamüddətli avanslar" hesabının kreditində əks olunur. Göndərilmiş tam hazır məmulatlara, materiallara və yerinə yetirilmiş işlərə görə, malalanlara (sifarişçilərə) hesab-faktura təqdim edilən zaman qismən hazır məhsul və işlərə görə alınmış ödəniş və avans məbləğləri hesaba alınarkən (zaçot edilərkən), 543 "Alınmış qısamüddətli avanslar" hesabının debetində və 601 "Satış", yaxud satışın uçotu qaydalarından asılı olaraq 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabının kreditində əks etdirilir. Misal. Müəssisə proqram təminatının hazırlanması ilə məşğuldur. Müştəri ilə bağlanılan müqaviləyə görə müştəri 118 000 (ƏDV daxil) manat, və ya işin 80% öncədən avans şəklində ödəməlidir. 20% isə proyekt hazır olandan sonra. Proyekt 9 ay müddətinə hazır olmalıdır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.