e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

332 Məzənnə fərgləri üzrə ehtiyat

Hesablar planının 332-ci hesabında məzənnə fərgləri üzrə ehtiyat barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

332 №li “Məzənnə fərqləri üzrə ehtiyat” hesabında müəssisələrin qeyri-monetar aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan mənfəət və ya zərərdən əmələ gələn məzənnə fərqləri üzrə kapital ehtiyatları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Asılı müəssisələrə investisiyalar hesabının balans dəyərinə düzəlişlər, həmçinin investisiya obyektinin kapitalında baş vermiş dəyişikliklərdən irəli gəlir və Mənfəət və zərər və digər məcmu gəlir hesabatında tanınmaqla aparılır. Belə dəyişikliklərə investisiya obyektinin məzənnə fərqlərindən yaranan dəyişikliklər də aiddir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:

dəyişikliklər kapitalda artımla nəticələndikdə 151 №li hesabın müvafiq subhesablarının debeti və 332 №li hesabın müvafiq subhesablarının krediti üzrə;

dəyişikliklər kapitalda azalma ilə nəticələndikdə 731-2 №li hesabın müvafiq subhesablarının debeti və 153-1 №li subhesabın krediti, 801 №li hesabların müvafiq subhesablarının debeti və 731-2 №li subhesabın krediti üzrə.

Qeyri-maddi aktivlərin və torpaq, tikili və avavdanlıqların yenidən qiymətləndirilməsindən yaranan məzənnə fərqi birbaşa kapitalda tanınmaqla 101, 111 №li hesabların müvafiq subhesablarının debetində və 332 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Bu hesab qrup şirkətlərin konsolidə edilmiş hesabatlarının hazırlanması zamanı istifadə edilir. Beləki, qrupun konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayarkan qrupa aid xarici törəmə şirkətlərin maliyyə hesabatlarını qrupun maliyyə hesabatlarının valyutasına yenidən hesablamaq lazım olur. Yaranan məzənnə fərqləri kapitalın ayrı komponenti kimi göstərilməlidir, törəmə müəssisənin xaric olması zamanı isə mənfəət və zərər kimi tanınmalıdır.

Misal.

Müəssisə Türkiyə Cumhuriyyətində alqı-satqı əmliyyatı nəticəsində 03.09.2018 tarixində qiyməti 1 000 000 TL olan otel almışdır. 31.12.2018 tarixinə Türkiyə Cümhuriyyətində alınan otel 1 500 000 TL dəyərində yenidənqiymətləndirilmişdir.

Həmin tarixlərdə valyuta məzənnəsi aşağıdakı kimi olmuşdur:

03.09.2018 - 1 TL = 0.2590 manat

31.12.2018 - 1 TL = 0.3212 manat

Beləliklə, müəssisənin yenidənqimyətləndirmə və məzənnənin dəyişməsi nəəticəsində aşağıdakı kimi gəlirləri (zərərləri) yaranmışdır

1. Yenidənqiymətləndirmə nəticəsində yaranan gəlir:

(1 500 000 - 1 000 000) * 0.2590 = 129 500 manat

2. Məzənnə fərqindən yaranan gəlir:

(1 500 000 * 0.3212) - (1 500 000 * 0.2590) = 481 800 - 388 500 = 93 300 manat

Əməliyyatlar üzrə müxabirləşmələr aşağıdakı kimi olacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Otelin alışı 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 431 "Malsatan və podratçılara uzunmüddətli kreditor borcları" 259 000
2 Otelin alış tarixinə ilkin dəyəri ilə uçota alınması 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 259 000
3 Otelin yenidənqiymətləndirilməsi nəticəsində ehtiyatın əks olunması 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" 129 500
4 Məzənnə fərqi nəticəsində yaranan ehtiyatın əks olunması 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 332 "Məzənnə fərgləri üzrə ehtiyat" 93 300


Yazı sonuncu dəfə 2020-04-02 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.