e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

801 Ümumi mənfəət (zərər)

Hesablar planının 80-ci bölməsində mənfəət və zərər haqqında hesabatda təqdim edilməli olan ümumi mənfəət (zərərlər) barədə məlumatların ümumiləşdirilməsi nəzərdə tutulur.

Ümumi mənfəət hesablar planının 6-cı hissəsində qeyd olunmuş gəlirlərin ümumiləşdirilmiş məbləğindən hesablar planının 7-ci hissəsindən hesablanmış xərclər çıxılmaqla müəyyən edilir.

Hesabat dövrünün sonunda 801 "Ümumi mənfəət (zərər)" hesabı qalıqsız 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" hesabı ilə bağlanır.

Misal. Hesabat dövrünün sonunda müəssisə 35 000 AZN xalis mənffət əldə etmişdir. Müəssisənin direktorlar şurası bu mənfəətin 50% səhmdarlara divident şəklində ödəməyə qərar vermişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hesabat dövrünün bağlanması 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 35 000
2 Xalis mənfəət keçmiş illər üzrə bölühdürülməmiş mənfəətə silinir 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 35 000
3 Səhmdarlara dividentlərin verilməsi elan edilir. 343 "Keçmiş illər üzrə bölühdürülməmiş mənfəət (ödənilməmiş zərər)" 344 "Elan edilmiş dividentlər" 17 500
4 Səhmdarlara dividentlərin verilməsi. 344 "Elan edilmiş dividentlər" 223 "Bank hesablaşma hesabları" 17 500


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.