538 Digər qısamüddətli kreditor borcları531 – 537 nömrəli hesablarda göstərilməyən bütün digər qısamüddətli kreditor borcları "Digər qısamüddətli kreditor borcları" adlı 538 nömrəli hesabda uçota alınır. 538 "Digər qısamüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir. 538 "Digər qısamüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.