401 Uzunmüddətli bank kreditləri401 "Uzunmüddətli bank kreditləri" hesabında müəssisənin ölkə ərazisindəki və xarici banklardan milli və xarici valyuta ilə aldığı uzunmüddətli (12 aydan artıq müddətə) kreditlərin vəziyyəti haqqında məlumatları ümumilşdirmək üçün nəzərdə tutulmuşdur. Alınmış uzunmüddətli bank kreditlərinin məbləğləri 401 "Uzunmüddətli bank kreditləri" hesabının kreditinə və 223 "Bank hesablaşma hesabları", 224 "Digər tələbli bank hesabları" hesablarının debetinə yazılmaqla əks etdirilir. Bank kreditlərinin ödənilmiş məbləğləri, pul vəsaitlərini uçota alan hesablarla müxabirələşdirilməklə, 401 "Uzunmüddətli bank kreditləri" hesabının debetində yazılır. Alınmış kreditlər üzrə faizlər ayrı hesabda uçota alınır: 434 "Faizlər üzrə uzunmüddətli kreditor borcları" və 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları". 13 N-li "Borclara aid edilən xərclər" Milli Mühasibat Uçotu Standartına əsasən bank kreditlərinə görə faizlər ya yarandığı dövrlərin xərcləri kimi tanınmalıdır, və ya aktivin ilkin dəyərinin bir hissəsi kimi kapitallaşdırılmalıdır. Uzunmüddətli bank kreditləri üzrə analitik uçot kreditlərin növü, onları verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır. Misal. Müəssisə bankdan 3 il müddətinə illik faiz dərəcəsi 25% olan 150 000 manatlıq uzunmüddətli kredit götürüb.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.