222 Yolda olan pul köçürmələri222 "Yolda olan pul köçürmələri" hesabı yolda olan milli və xarici valyutalardan ibarət pul vəsaitlərinin (köçürmələrin) müəssisənin hesablaşma və ya başqa hesabına köçürülmək üçün bankların kassalarına, yaxud rabitə şöbələrinin kassalarına verilən, lakin hələlik təyinatı üzrə köçürülməmiş pul məbləğlərinin (əsasən, ticartdə satış pulunun) hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. 222 "Yolda olan pul köçürmələri" hesabında məbləğlərin (məsələn, satış pulunun təhvil zamanı) uçota alınması üçün bankların, rabitə şöbələrinin qəbzləri və satış pulunun bankın inkasatoruna təhvil verilməsinə dair müşaiyətedici cədvəllərin surətləri əsas sənəd hesab edilir. Misal. Müəssisənin ölkənin müxtəlif reqionlarında mağazaları var. Mağazalardan əldə olunan gəlir hər həftə mağaza kassiri tərəfindən bank vasitəsi ilə müəssisənin bank hesabına köçürülür.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.