e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

901 Cari mənfəət vergisi üzrə xərclər

Hesablar planının 90-ci bölməsində 3 və 4 N-li Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mənfəət vergisi haqqında məlumatlar uçota alınır.

Cari ilin mənfəəti üzrə hesablanmış vergi məbləği "Cari mənfəət vergisi üzrə xərclər" adlı 901 nömrəli, hər hansı təxirə salınmış vergi öhdəliklərinin cari ilə aid hissəsi isə "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər" adlı 902 nömrəli hesabın kreditində göstərilir.

Vergiqoymadan əvvəl mənfəətdən (zərərdən) Hesablar planının 901-ci və 902-ci hesablarında uçota alınmış məbləğlər çıxılmaqla mühasibat balansının "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" adlı 341 nömrəli hesaba daxil edilir.

Misal. Müəssisə cari ildə 100 000 manat mənfəət əldə etmişdir. Bu mənfəətə uyğun 20 000 manat mənfəət vergisi hesablanmışdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İllik mənfəətin hesablanması 601 "Satış" 801 "Ümumi mənfəət (zərər)" 100 000
2 İllik mənfəət vergisinin hesablanması 901 "Cari mənfəət vergisi üzrə xərclər" 521-1 "Vergi öhdəlikləri-Mənfəət vergisi" 20 000
3 Mənfəət vergisinin silinməsi. 801 "Ümumi mənfəət (zərər)" 901 "Cari mənfəət vergisi üzrə xərclər" 20 000
4 İllik xalis mənfəətin silinməsi. 801 "Ümumi mənfəət (zərər)" 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 80 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.