541 Qısamüddətli pensiya öhdəlikləriMüəssisə pensiya təminatı planına malik olarsa və ya hər hansı digər şəkildə keçmiş işçilərinə onların təqaüdə çıxmasından sonra pensiya öhdəliyini qəbul edərsə, həmin qısamüddətli öhdəliklərin dəyəri 19 N-li Maliyyə Hesabatlarının Beynəlxalq Standartına (IAS) və 31 N-li "Pensiya təminatı üzrə uçot və hesabat" Milli Mühasibat Uçotu Standartına əsasən "Qısamüddətli pensiya öhdəlikləri" adlı 541 nömrəli hesabda göstərilir. Pensiya təminatı planları - xidmətlərin sonunda və ya xidmətlər göstərildikdən sonra, əsasında müəssisənin işçilərinə pensiya ödənişlərini həyata keçirdiyi sazişlərdir (ya illik gəlir, ya da birdəfəlik ödəmə şəklində). Bu zaman bu cür pensiyalar, o cümlədən bu məqsədlər üçün işəgötürən tərəfindən qoyuluşlar istər təqdim olunmuş sənədlər, istərsə də müəssisə tərəfindən qəbul olunan təcrübə əsasında təqaüdə çıxmadan əvvəl müəyyən oluna və ya hesablana bilər. Uzunmüddətli pensiya və sosial ödənişlər sistemi müəssisənin peşakar və yüksək ixtisaslı kadrlarının müəssisədə qalıb başqa işlərə keçməmələri üçün əhəmiyyətli bir üsuldur. Bu sistemə görə yüksək ixtisaslı işçilər ilə müəssisə müqavilə bağlayır və müqaviləyə görə işçi təqaüdə çıxarsa müəssisə ona əlavə pensiya və sosial ödənişləri etməyə öz öhdəliyinə götürür. Qısamüddətli pensiya öhdəlikləri 541 "Qısamüddətli pensiya öhdəlikləri" hesabının krediti və işçilərin əmək haqqı xərcləri hesabının debeti üzrə formalaşır. Qısamüddətli öhdəliklərin ödənilməsi 541 "Qısamüddətli pensiya öhdəlikləri" hesabının debeti və pul hesablarının krediti üzrə əks olunur.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.