e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

181 Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar

181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabı ödəniş tarixi və məbləğləri müəyyən olan uzunmüddətli maliyyə aktivlərin mövcudluğunu və hərəkətini uçota almaq üçün nəzərdə tutulub. Bura istiqrazları, uzunmüddətli qiymətli kağızları və s. aid etmək olar.

36 N-li "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" üzrə Milli Mühasibat Uçotu Standartına əsasən:

Ödəniş müddətinə qədər saxlanılan investisiyalar, aşağıdakılar istisna olmaqla, müəssisənin ödəniş müddətinə qədər saxlamağa müsbət niyyəti və imkanı olan, sabit və ya müəyyənləşdirilə bilən ödənişli və sabit ödəmə müddətinə malik qeyri-törəmə maliyyə aktivləridir:

  • ədalətli dəyərdə baş verən dəyişikliyin nəticəsi ilkin tanınma zamanı müəssisə tərəfindən mənfəət və zərər haqqında hesabatda tanınaraq ədalətli dəyərlə müəyyən edilən;
  • müəssisə tərəfindən satıla bilən kimi müəyyən edilən; və
  • kreditlər və debitor borclar anlayışına uyğun gələn.

181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabının debeti və pul hesablarının krediti üzrə qiymətli kağızların alışı əks olunur.

181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" hesabının krediti və pul hesablarının debeti üzrə qiymətli kağızlardan əldə edilən faiz gəlirləri və qiymətli kağızların satışı əks olunur.

Misal. Müəssisə 1000 manat dəyəri 5 il müddəti və 5% illik gəliri olan 100 ədəd istiqraz alıb. İldə bir dəfə istiqraz sahiblərinə faizlər ödənilir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 5 illik istiqrazların əldə edilməsi. 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 100 000
2 İstiqrazlar üzrə faiz gəlirlərinin uçota alınması 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 25 000
3 1-ci ilin hesablanmış faizi qısamüddətli debitor borclara aid edilir 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 5 000
4 1-ci ilin faiz gəlirləri uzunmüddətli gəlirdən qısamüddətli gəlirə aid edilir. 442 "Gələcək hesabat dövrlərin gəlirləri" 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 5 000
5 Fazilərin ödənilməsi - 1-ci il 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 5 000
6 1-ci il faizlərindən olan gəlirin tanınması 542 "Gələcək hesabat dövrlərin gəlirləri" 631-1 "Faiz gəliri" 5 000
7 İstiqrazın 5 ildən sonra bağlanması 223 "Bank hesablaşma hesabları" 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" 100 000


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.