414-1 Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər
1 ildən artıq müddətə bağlanılan sığorta müqavilələri uzunmüddətli müqavilələr hesab edilir. Bu cür müqavilələr üzrə məbləğlər (sığorta haqqları) ilkin olaraq 414-1 "Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər" hesabında uçota alınır. Bundan sonra hər il uzunmüddətli müqavilə üzrə öhdəliyin bir hissəsi 515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər" hesabına keçirilir. Bundan sonra sığorta müqavilələri üzrə xərclər hər ay proporsional olaraq 515-1-ci hesabına keçirilən sığorta haqqının 1/12 həcmində tanınmalıdır.
İlk öncə qeyd etmək lazımdır ki, sığorta əməliyyatları ilə bağlı əsas anlayışları (terminləri) bilmədən əməliyyatların mühasibat uçotunda tanınmasında yanlışlıqlara yol verilə bilər. Bu səbəbdən bu anlayışlara baxaq:
Sığorta fəaliyyəti haqqında AR Qanunu
Maddə 1. Əsas anlayışlar
sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;
sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Misal.
Cari ilin yanvar ayında Neft emali müəssisəsi avadanlıqlarını 3 il müddətinə sığortalamışdır.
Sığorta müqaviləsinin şərtlərinə görə sığorta haqqı
Bu əməliyyatlar üçün müxabirləşmələr aşağıdakı kimi olacaqdır:
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
Sığorta şirkətinə sığorta haqqı ödənilib
414-1 "Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər"
223 "Bank hesablaşma hesabları"
360 000
2
Cari ilə aid olan sığorta haqqı qısamüddətli öhdəlik hesabına keçirilir.
515-1 "Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər"
414-1 "Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər"